Dərman vasitəsinin istifadəsi üzrə təlimat

Dərman vasitəsinin istifadəsi üzrə təlimat

MEZİM® FORTE örtüklü tabletlər

MEZIM® FORTE

Bu içlik vərəqəsini diqqətlə oxuyun, çünki onda Sizə lazım olan vacib məlumat vardır.

Bu dərman preparatını reseptsiz əldə etmək mümkündür. Ancaq, ondan maksimum fayda əldə etmək üçün Siz Mezim® forte preparatını ehtiyatla istifadə etməlisiniz.

· Bu içlik vərəqəsini saxlayın. Ola bilsin ki, Siz onu oxumağa yenidən ehtiyac duyasınız.

· Daha çox məlumat və ya məsləhət almaq üçün əczaçınızdan soruşun.

· Əgər hər hansı əlavə təsir daha da ciddiləşərsə, yaxud Siz bu məlumat vərəqəsində qeyd olunmamış hər hansı əlavə təsirlə rastlaşsanız, zəhmət olmasa bu haqda həkiminizə və ya əczaçıya məlumat verin.

· Əgər Sizin əlamətləriniz 7-14 gündən sonra daha da pisləşərsə, yaxud yaxşılaşmazsa, o zaman Siz həkiminizlə əlaqə saxlayın.

Tərkibi

Təsiredici maddə:

Hər bir örtüklü tabletin tərkibi pankreas tozunun aşağıdakı minimal aktivliyindən ibarətdir:

Lipaza 3500 TV Avr. FK.

Amilaza 4200 TV Avr. FK.

Proteaza 250 TV Avr. FK.

Köməkçi maddələr:

Nüvə

mikrokristallik sellüloza, natrium nişasta qlikolyatı (A tip ), kolloidal silisium 4-oksid, maqnezium-stearat

Örtük hissəsi

Dispers poliakrilat 30 % quru çəki, hipromelloza, talk, simetikon emulsiyası quru çəki, makroqol 6000, azorubin lakı (E 122), titan 4-oksid (E 171)

Təsviri

Mezim® forte çəhrayı rəngli, hamar, silindrik formalı və kənarları konus şəkilli örtüklü tabletlərdir.

İstifadəsinə göstərişlər

Mezim® forte dərman vasitəsidir və mədəaltı vəzinin (pankreatın) həzm fermentlərindən ibarətdir.

    Mezim® forte mədəaltı vəzidə həzm fermentlərinin əmələ gəlməsinin pozulması və bununla əlaqədar baş verən qeyri-adekvat həzm prosesi zamanı, məsələn xronik pankreatitdə, pankreasın kistoz fibrozunda və bu səbəblərdən qidanın utilizasiyasının pozulmasında;

· köpmə zamanı (meteorizm və qastrokardial sindrom), xüsusən də mədə və bağırsaq əməliyyatlarından sonra;

· bağırsaq pasajının funksional sürətlənməsində (əsəbilik zamanı, bağırsaqların infeksion xəstəliklərində);

    qara ciyər/öd kisəsi sisteminin patologiyalarında;

· iştahanın itməsi ilə gedən həzm pozğunluqları, qıcqırma, qusmağa meyllik və ishal (dispepsiya);

· eyni zamanda pis həzm olunan tərəvəzlərin, piylərin və az tanış olan qidaların qəbulu.

    Mezim® forte diaqnostik prosedurları (Rentgen, ultrasəs) həyata keçirməzdən əvvəl yuxarıda qeyd olunan həzm pozğunluqlarının nəticəsi kimi meteorizm hallarında bağırsaqlardan qazı qovmaq üçün də yararlıdır.

Əks göstərişlər

- Mədəaltı vəzinin həzm fermentlərinə qarşı, rəngləyici agent olan Azorubinə (E 122) və yaxud Mezim® forte preparatının hər hansı tərkib hissəsinə qarşı yüksək həssaslıq;

- Mədəaltı vəzinin xronik iltihabının kəskinləşməsi və ya iltihabının şişkinlik mərhələsi. Ancaq, əgər mədəaltı vəzi funksiyalarının patologiyası qalırsa, yaxud davam edirsə, o zaman xəstəliyin pəhriz saxlanılan dövründə təyin edilməsi müvafiqdir.

Xüsusi göstərişlər

- Bağırsaq simptomlarına bənzər (qarında ağrılar, ürəkbulanma, qusma, bağırsağın funksiyasının zəifləməsi).

Mukovissidozlu xəstələrdə tez-tez bağırsaqların mənfəzinin daralması kimi ağırlaşmalar mümkündür.

- Mezim® forte tərkibində aktiv fermentlərə malik olduğu üçün ağız boşluğunda təsir edərsə, məsələn çeynənilən zaman selikli qişanın membranına zədələyici təsir göstərə bilər. Odur ki, Mezim® forte bütöv şəkildə udulmalıdır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Əgər Siz hal-hazırda və yaxud son zamanlar hər hansı dərman preparatı qəbul etmisinizsə (hətta reseptsiz buraxılan preparatlar da) o zaman, lütfən bu haqda həkiminizə və ya əczaçıya məlumat verin.

Pankreas tozunun qəbulu fol turşusunun absorbsiyasını (qana sorulmasını) azalda bilər, ona görə ola bilsin ki, əlavə olaraq müəyyən miqdar fol turşusunun təyininə ehtiyac ola bilər.

Qanda şəkərin səviyyəsini aşağı salan aktiv substansiyalar (oral antidiabetiklər) olan Akarbos və Miqlitolun effekti eyni zamanda qəbul edilən Mezim® forte preparatı tərəfindən azaldıla bilər.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Əgər Siz hamilısinizsə və ya süd verirsinizsə, hamilə olduğunuzdan şübhələnirsizsə və ya uşaq doğmağa hazırlaşərsınızsa bu preparatı qəbul etməzdən əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. Hamiləlik, bətndaxili inkişaf, doğuş və postnatal inkişaf barədə heyvanlar üzərində aparılmış tədqiqatların nəticələri kifayət qədər olmadığından insanda istifadəsi zamanı risk barədə heçnə məlum deyil. Sizin Mezim® forte preparatını hamiləlik və laktasiya dövründə qəbul etməyiniz məsləhət deyilç, ancaq müalicə həkiminizin məsləh etdiyi hallar istisna olmaqla.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Xüsusi ehtiyat tədbirləri tələb olunmur.

Mezim® forte və azurobin

Bu dərman preparatının tərkibində boyayıcı agent olan Azorubin lakı (E 122) vardır və o, allergik reaksiyaya səbəb ola bilər.

İstifadə qaydası və dozası

Həmişə Mezim® forte preparatını içlik vərəqəsində olan təlimata əsasən dəqiqliklə qəbul edin. Əgər Siz əmin deyilsinizsə, o zaman həkiminizlə və ya əczaçı ilə əlaqə saxlayın.

Dozaları

Mezim® fortenin dozaları mövcud həzm pozğunluğunun kəskinliyi ilə mütənasibdir və fərdi qaydada təyin olunmalıdır. Əgər başqa bir şəkildə yazılmayıbsa, qida qəbulunun başlanğıcında 1-2 örtüklü tablet qəbul edilməlidir. Qidanın növündən və həzm pozğunluğunun məlum və ya qiymətləndirilmiş kəskinliyindən asılı olaraq sonradan 2 ‑ 4 örtüklü tablet qida qəbulu zamanı qəbul edilə bilər. Tələb olunan doza qeyd olunandan da çox ola bilər. Gündəlik ferment dozası bədən çəkisinin hər kq-na 15000 – 20000 lipaza vahidindən çox olmamalıdır.

Həkim uşaqla təyin ediləsi dozanı özü təyin edə bilər.

Təyini üsulları

Örtüklü tabletlər kifayət qədər maye ilə bütöv şəkildə udulmalıdır.

Müalicənin müddəti

- Həkim uzun müddət ərzində preparatın qəbulu qərarını özü verir. Uşaqlarda müalicənin müddəti haqda qərarı da həkim verir.

Doza həddinin aşılması

Mezim® forte preparatının miqdarı yuxarıda qeyd olunan dozadan çox ola bilər. Zərərli təsiri gözlənilmir.

Əgər Siz Mezim® forte preparatını qəbul etməyi unutmusunuzsa

Unudulmuş dozanı kompensasiya etmək üçün ikiqat dozanı qəbul etmək lazım deyil.

Əgər Siz Mezim® forte preparatının qəbulunu dayandırırsınızsa

Əgər Siz Mezim® forte preparatı ilə müalicəni tez dayandırırsınızsa, yaxud müalicəni tamam kəsirsinizsə, gözlənilən arzu olunan effektin baş verməyəcəyi gözlənilir və “pis həzm” halı yenidən başlayacaq.

Əgər Sizin bu preparatı qəbul etməyinizlə bağlı əlavə suallarınız varsa, əczaçıdan soruşun.

Mümkün əlavə təsirləri

Bütün dərman preparatlarında rast gəldiyi kimi, Mezim® forte preparatının da əlavə təsirləri ola bilər.

Çox nadir rast gələn əlavə təsirlər (1/10000 istifadçidən azında rast gələn)

- Mezim® forte preparatını hətta uzun müddət və müntəzəm olaraq qəbul etdikdə, mədəaltı vəzinin funksiyasının pozulmuş hallarında belə əlavə təsirlər və ya fəsadlar gözlənilmir.

- Mezim® forte preparatının yüksək dozası təyin edilmiş kistoz fibrozlu xəstələrdə bağırsaqların aşağı şöbəsinin daralması haqda məlumatlar vardır.

- Mezim® forte preparatının qəbulundan sonra həzm traktının yüksək həssaslıq reaksiyaları (ishal, mədədə narahatlıq və ürək bulanma kimi) olması təsvir edilib.

- Mezim® forte preparatının qəbulundan sonra tez baş verən yüksək həssaslıq reaksiyalarının (dəri qaşınması, asqırma, gözdən yaş axması və bronxial ağacın spazmı nəticəsində təngnəfəslik) olması haqda məlumatlar verilib.

Tezliyi məlum olmayan əlavə təsirlər (mövcud məlumatlar əsasında qiymətləndirilə bilməyən):

Böyrək və sidik yolları sistemi : Kistoz fibrozlu xəstələrdə, xüsusən də Mezim® forte preparatının yüksək dozası təyin edilmiş xəstələrdə sidiklə sidik turşusunun yüksək miqdarda xaric olması baş verə bilər. Əgər Sizdə kistoz fibroz xəstəliyi varsa, o zaman həkiminiz sidik daşlarının əmələ gəlməməsi üçün sidiklə xaric olan sidik turşusunun ekskresiya olunan miqdarını nəzarətdə saxlamalıdır.

Azorubin lakı (E 122) Sizdə allergik reaksiyalara səbəb ola bilər.

Əgər hər hansı əlavə təsirlər daha da ciddiləşərsə, yaxud Siz bu məlumat vərəqində qeyd olunmamış hər hansı əlavə təsirlə rastlaşsanız, zəhmət olmasa bu haqda həkiminizə və ya əczaçıya məlumat verin.

Buraxılış forması

Orijinal qablaşdırmada PVC-PE-PVDC və sərt alüminium falqadan ibarət 20 tablet olan blister içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

30 °C-dən yuxarı olmayan temperaturda, orijinal qutusunda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Dərman preparatları axar su və ya məişət tullantıları ilə atılmamalıdır. İstifadə olunmayan dərman preparatlarının necə atılması haqda əczaçıdan soruşun. Bu tədbirlər ətraf mühitin qorunmasına köməklik edər.

Yararlılıq müddəti

Mezim® forte preparatını qutusunun və etiketinin üzərində qeyd olunmuş son istifadə tarixi keçdikdən sonra istifadə etməyin.

Son istifadə tarixi qeyd edilən ayın axırıncı gününə şamil edilir.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

Qeydiyyat vəsiqəsinin sahibi

Berlin-Chemie AG

Glienicker Weg 125

12489 Berlin

Almaniya

TƏSDİQ EDİLMİŞDİR:

06 Mart 2013-cü il Azərbaycan Respublikası Səhiyyə Nazirliyi

Farmakoloji və Farmakopeya Ekspert Şurası tərəfindən

DV № 13-00152

Azərbaycanda “Berlin-Chemie AG Menarini” Nümayəndəliyi

AZ1065, Cəfər Cabbarlı 609, "Globus Center", 7-ci mərtəbə

Tel: +99412 5975516
       +99412 5975517
Faks: +99412 5975518

www.berlin-chemie.az

AZ_MEZ_04-2019_V1_LP

İçlik vərəqənin son təsdiq olunan tarixi: 06.2013

Geniş əhali üçün nəzəqdə tutulub

Əks göstərişlərlə tanış olun və ya həkiminizlə məsləhətləşin. Reseptsiz buraxılan dərman vasitəsi

Material Etibarlıdır: 05.2020

Biz, veb-saytımızın optimallaşdırılması və veb-saytımızda istifadə davranışının təhlili məqsədi ilə kuki fayllardan istifadə edirik.

Kuki faylların istifadəsi barədə daha ətraflı məlumatı bizim Məlumatların Məxfiliyi siyasətimizdə əldə edə bilərsiniz.