Sorry, you need to enable JavaScript to visit this website.

Ağ balıq filesi kuskusu ilə

Image of white fish fillets with couscous
Image of white fish fillets with couscous
Plates icon

2 porsiya

Stopwatch icon

30 dəgigə

Stopwatch icon

asan

İnqrediyentlər:

  • 2 ədəd ağ balıq filesi (tapa bildiyiniz və ya xoşladığınız hər hansı bir balıq) 
  • 1 ədəd limon
  • 1 kiçik dəstə reyhan
  • 200 q çerri pomidoru
  • 100 q kuskus
  • 2 xörək qaşığı balzamik sirkə
  • 2 xörək qaşığı bitki yağı
  • 1/2 xiyar
  • 2 xörək qaşığı çəyirdəksiz qara və ya yaşıl zeytun
  • Duz, istiot

Hazırlama qaydası:

  1. Balıq filelərinin hər birini folqa vərəqinin üzərinə qoyun. Balığı duzlayıb-istiotlayın, sonra yarım limonun şirəsini və reyhanın yarısını əlavə edin.
  2. 4 ədəd pomidoru yarıya bölün və balığın ətrafında yerləşdirin. Üzərini digər folqa vərəqi ilə örtün, kənarlarını qatlayaraq paket şəklinə salın. 15-18 dəqiqə bişirin.
  3. Balıq  bişərkən, kuskusun üzərinə 100 ml qaynar su əlavə edin, qapağını örtüb, şişməsi üçün 5 dəqiqə gözləyin. 
  4. Qalan pomidorları incə doğrayın və onları kuskus, doğranmış xiyar, reyhanın qalan hissəsi, limon şirəsi və zeytunlarla qarışdırın. Sirkə və yağ əlavə edin.  Duzlayıb-istiotlayın və balıqla birlikdə süfrəyə verin.