Sorry, you need to enable JavaScript to visit this website.

Həzm problemləri və mədəalti vəzi

Həqiqətən də, qida – orqanizmimiz üçün yanacaq rolunu oynayır, o, bədənimizi enerji və bütün zəruri qidalandırıcı maddələrlə təmin edir. Lakin bu, yemək üçün konkret bir səbəb olmamalıdır – yeməkdən həm də zövq almaq lazımdır! Ailəniz, dostlarınız və həmkarlarınızla süfrə arxasında birgə yemək – qorunmalı və yadda saxlanmalı məqamlar olmalıdır. Buna görə də, biz yeməyi düzgün həzm etməliyik, bunun üçün isə həzm fermentlərinin miqdarı kifayət qədər olmalıdır. 

 

 

Sarışın saçlı və gözləri bağlı olan qadın
Sarışın saçlı və gözləri bağlı olan qadın
Graphic of pancreas with enzyme

Nə üçün söhbət yaxşı qidadan gedəndə, mədəaltı vəzi bu qədər vacibdir?

Bu fermentlər mədəaltı vəzidə istehsal olunur. Qədimdə insanlar hesab edirdilər ki, elastik konsistensiyaya malik olan mədəaltı vəzi yalnız mədəni qoruyan bir amortizatordur. Lakin əslində bu, daha mühüm bir orqandır! Mədəaltı vəzinin istehsal etdiyi fermentlər sayəsində, orqanizmimiz qidanı kiçik hissəciklərə parçalaya bilir, bu hissəciklər bağırsaqdan qan dövranına keçir, qanla toxumalara və orqanlara nəql edilir. 

Mədəaltı vəzidə problemlər olduqda, həzm fermentləri kifayət qədər istehsal edilmir. Qida kifayət qədər parçalanmır və müxtəlif həzm problemləri yarana bilir. Siz həzm problemlərinizi həkiminizlə müzakirə edərkən, o, "Mədəaltı vəzinin ekzokrin çatışmazlığı" terminindən istifadə edə bilər, bu termin sadəcə olaraq, mədəaltı vəzi fermentlərinin çatışmazlığını bildirir.

Graphic with stomach and pancreas
  1. Sağlam mədəaltı vəzi
    Mədəaltı vəzidə istehsal olunan həzm fermentləri zülalları, yağları və karbohidratları kiçik hissəciklərə parçalayır.
  2. Həzm problemləri olan pasiyent
    Mezim çatışmayan fermentləri əvəz edir və yeməkləri həzm etməyə kömək edir.
  3. Mezim qəbul edən pasiyent
    Mezim çatışmayan fermentləri əvəz edir və yeməkləri həzm etməyə kömək edir.

Kimlər mədəaltı vəzinin ekzokrin çatışmazlığından əziyyət çəkə bilər?

Həqiqətən də, qida – orqanizmimiz üçün yanacaq rolunu oynayır, o, bədənimizi enerji və bütün zəruri qidalandırıcı maddələrlə təmin edir. Lakin bu, yemək üçün konkret bir səbəb olmamalıdır – yeməkdən həm də zövq almaq lazımdır! Ailəniz, dostlarınız və həmkarlarınızla süfrə arxasında birgə yemək – qorunmalı və yadda saxlanmalı məqamlar olmalıdır. Buna görə də, biz yeməyi düzgün həzm etməliyik, bunun üçün isə həzm fermentlərinin miqdarı kifayət qədər olmalıdır. 

Çəhrayı köynəkli gənc qız
Çəhrayı köynəkli gənc qız
Mətbəx önlüyü olan qadın
Mətbəx önlüyü olan qadın
Yaşlı kişinin portreti
Yaşlı kişinin portreti
Woman with hand on chin looks thoughtfully
Woman with hand on chin looks thoughtfully

Mədəaltı vəzinin ekzokrin çatışmazlığının simptomları

Simptomlar yüngül və orta dərəcədən ağır dərəcəyədək dəyişə bilər, bu simptomlara aşağıdakılar aiddir:

 

Yüngül dərəcəli simptomlar: pis həzm olunan, yağlı, ədviyyatlı və alışılmamış qida qəbulundan sonra mədədə narahatlıq və ağırlıq hissi. *

 

Orta dərəcəli simptomlar: mədə ağrısı, ürəkbulanma, qusma, qıcqırma, köpmə və ya ishal kimi dispeptik simptomlar.*

 

Ağır dərəcəli simptomlar: qarında xroniki ağrı, ishal və steatoreya (nəcisdə yağ), çəkinin azalması, osteoporoz və s.*

 

* Mədəaltı vəzinin ekzokrin çatışmazlığı diaqnozunu yalnız həkiminiz təyin edə bilər.

 

Mədəaltı vəzinin ekzokrin çatışmazlığı və onun səbəbləri

Nə zamansa düşünmüsünüzmü ki, həzm problemləriniz mədəaltı vəzinin funksiyası ilə əlaqədar ola bilər? Mədəaltı vəzinin kifayət miqdarda həzm fermentləri istehsal etmədiyi vəziyyət mədəaltı vəzinin ekzokrin çatışmazlığı adlandırılır.

Aşağıda mədəaltı vəzinin düzgün işləməyə bildiyi vəziyyətlər, eləcə də tibbi hallar göstərilmişdir: 

hourglass icon
hourglass icon

Yaş

Yaş artdıqca həzm fermentlərinin istehsalının azalması normal haldır. Yaşınız nə qədər çoxdursa, mədəaltı vəzinizlə əlaqədar həzm problemlərinizin inkişaf etmə ehtimalı bir o qədər yüksəkdir.

beer mug icon and ashtray icon
beer mug icon and ashtray icon

Spirtli içkilərin qəbulu və siqaret çəkmə

Mütəmadi olaraq spirtli içkilər qəbul edən və siqaret çəkən insanlar mədəaltı vəzinin xroniki pankreatitlə əlaqədar olan ekzokrin çatışmazlığından tez-tez əziyyət çəkirlər.

syringe icon
syringe icon

Şəkərli diabet

hər iki sağlamlıq problemi mədəaltı vəzi ilə əlaqədar olduğu üçün şəkərli diabeti olan şəxslər də mədəaltı vəzinin ekzokrin çatışmazlığından əziyyət çəkə bilərlər.

hospital H icon
hospital H icon

Cərrahi əməliyyatdan və ya xəsarətdən sonra

əgər mədəaltı vəzinin bir hissəsi cərrahi əməliyyat vasitəsilə çıxarılmışdırsa (şişlər, xəsarətdən sonra və s.), onun funksiyası da azalmış olur.

gene icon
gene icon

Genetik xəstəliklər

məsələn, uşaqlarda mədəaltı vəzinin ekzokrin çatışmazlığının ən çox yayılmış səbəbi mukovissidozdur.

Stop smoking icon
Stop smoking icon
No alcohol icon
No alcohol icon

Mədəaltı vəzinin ekzokrin çatışmazlığı ilə necə yaşamaq olar?

Mədəaltı vəzinin ekzokrin çatışmazlığının müalicəsinə mədəaltı vəzi fermentləri ilə əvəzedici müalicə, normal - məhdudlaşdırmayıcı sağlam qidalanma və həyat tərzinin bəzi dəyişiklikləri daxildir. Yalnız bu aspektlərin kombinasiyası sizə simptomları yüngülləşdirməyə, yenidən yeməkdən zövq almağa və gözəl yaşamağa kömək edə bilər.

 

Nə yediyinizə və bundan sonra özünüzü necə hiss etdiyinizə diqqət yetirin. Daha sonra siz simptomlarınızı pisləşdirən qidalardan imtina edə bilərsiniz. 

 

Mədəaltı vəzinin ekzokrin çatışmazlığı olan pasiyentlərə tərkibində yağların miqdarının az olduğu ciddi pəhriz artıq tövsiyə olunmur.  Bunun əvəzində siz, qida lifləri ilə zəngin qida məhsullarından imtina etməlisiniz. Qida lifləri çətin həzm olunur və bundan əlavə, mədəaltı vəzinin lipaza fermentini (yağları parçalayan həzm fermenti) inaktivləşdirir.

 

Tez-tez və kiçik porsiyalarla yüksək enerjili qidalar qəbul edin.

 

Pəhrizinizin sizin qidalanma ehtiyaclarını tam təmin etdiyinə əmin olmaq və mədəaltı vəzinin ekzokrin çatışmazlığının qidalanma pozuntusu, vitamin çatışmazlığı və ya osteoporoz kimi ağırlaşmalarına yol verməmək üçün dietoloq ilə məsləhətəşin.

 

Hər dəfə yemək zamanı mədəaltı vəzi fermentlərini əvəz edən preparatı qəbul edin. (8) Pankreatini (həzm fermentlərinin kombinasiyası) qəbul etməzdən əvvəl preparatın istifadəsi üzrə təlimatı diqqətlə oxuyun.

 

Siqaret çəkməyi tərgidin. 

Spirtli içkilər qəbul etməyin. 

 

Product image of Mezym

Mədəaltı vəzinin həzm fermentlərini əvəz etmək üçün Mezimi yemək zamanı qəbul etməlisiniz.
Mezim yeməkdən sonra mədənizdə ağırlıq hissini azaltmağa kömək edəcəkdir. 

 

Siz, həmçinin həyat tərzinizdə bəzi dəyişikliklər etməlisiniz, bu dəyişikliklərə, başlıca olaraq, sizin fərdi qidalanma ehtiyaclarınızı təmin edən balanslaşdırılmış pəhriz (bu zaman fərdi dözümlülük əhəmiyyətli amildir), spirtli içkilərdən və siqaretdən imtina daxildir.

 

Kistik fibroz (KF) əsasən ağciyərləri, eyni zamanda mədəaltı vəzi, qaraciyər, böyrəklər və bağırsağı da təsir edən genetik bir xəstəlikdir. 

PFƏT, ekzokrin mədəaltı çatışmazlığı zamanı mədəaltı vəzi həzm fermentlərini əvəz etmək üçün istifadə edilən bir dərman növüdür.