Ağ balıq filesi kuskusu ilə
İnqrediyentlər:
- 2 ədəd ağ balıq filesi (tapa bildiyiniz və ya xoşladığınız hər hansı bir balıq)
- 1 ədəd limon
- 1 kiçik dəstə reyhan
- 200 q çerri pomidoru
- 100 q kuskus
- 2 xörək qaşığı balzamik sirkə
- 2 xörək qaşığı bitki yağı
- 1/2 xiyar
- 2 xörək qaşığı çəyirdəksiz qara və ya yaşıl zeytun
- Duz, istiot
Hazırlama qaydası:
- Balıq filelərinin hər birini folqa vərəqinin üzərinə qoyun. Balığı duzlayıb-istiotlayın, sonra yarım limonun şirəsini və reyhanın yarısını əlavə edin.
- 4 ədəd pomidoru yarıya bölün və balığın ətrafında yerləşdirin. Üzərini digər folqa vərəqi ilə örtün, kənarlarını qatlayaraq paket şəklinə salın. 15-18 dəqiqə bişirin.
- Balıq bişərkən, kuskusun üzərinə 100 ml qaynar su əlavə edin, qapağını örtüb, şişməsi üçün 5 dəqiqə gözləyin.
- Qalan pomidorları incə doğrayın və onları kuskus, doğranmış xiyar, reyhanın qalan hissəsi, limon şirəsi və zeytunlarla qarışdırın. Sirkə və yağ əlavə edin. Duzlayıb-istiotlayın və balıqla birlikdə süfrəyə verin.