Sorry, you need to enable JavaScript to visit this website.

Məxfilik Siyasəti

Biz Sizin şirkətimizə olan marağınızı yüksək qiymətləndiririk və istəyirik ki, Siz veb-saytımıza daxil olarkən şəxsi məlumatlarınız baxımından özünüzü əminlikdə hiss edəsiniz. Xüsusən də, biz Avropa İttifaqının Məlumatların Mühafizəsinə dair Ümumi Qaydalarının (“MMÜQ”) yeni tələblərinə və Azərbaycan Respublikasının fərdi məlumatların qorunması sahəsində qanunvericiliyinə əməl edirik
 “Berlin-Chemie AG” Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi www.berlin-chemie.az saytında (bundan sonra: "veb-sayt") Sizin məlumatlarınızın emalı ilə əlaqədar məsələlər üzrə nəzarətçidir. Nəzarətçi haqqında daha ətraflı məlumat almaq üçün aşağıdakı imprint keçidinə daxil olun: https://www.berlin-chemie.az/MetaNavigation/Cap. Məlumatlarınızın mühafizəsi üzrə əməkdaşımızla aşağıdakı ünvan üzrə əlaqə saxlaya bilərsiniz: 

 

C.Cabbarlı küç., 44, 9-cu mərtəbə, Kaspian Plaza 1 biznes mərkəzi, AZ 1065, Bakı və ya dpo.azerbaijan@berlin-chemie.com elektron-poçt ünvanına məktub göndərə bilərsiniz.

Biz Sizin şəxsi məlumatlarınızın mühafizəsinə çox ciddi yanaşırıq. Şəxsi məlumatlar – eyniləşdirilmiş və ya eyniləşdirilən fiziki şəxsə aid olan məlumatlardır, məsələn, ad, soyad, ünvan və elektron poçt ünvanı.  Siz bizim veb-saytımıza daxil olduqda, biz Sizin şəxsi məlumatlarınızı toplayırıq və onları məlumatların məxfiliyinin mühafizəsinin qüvvədə olan qaydalarına uyğun olaraq emal edirik. 

Biz Sizin məlumatlarınızı saytımızın fəaliyyəti və müvafiq xidmətlərin təqdim edilməsi üçün zəruri olduqları müddət ərzində və ya qanuna uyğun olaraq Sizin məlumatlarınızı saxlamalıyıq.

Şəxsi məlumatların məxfiliyinin mühafizəsinə dair bu sənədlə biz, Siz saytımıza daxil olduğunuz müddətdə topladığımız məlumatlar və bu məlumatların necə istifadə olunması barədə Sizi məlumatlandırmaq istərdik.

 

Bu onlayn xidmət 16 yaşadək uşaqlar üçün nəzərdə tutulmamışdır. 

 

Siz saytımıza daxil olarkən emal edilən məlumatlar

 

Siz veb-saytımızdan yalnız informasiyanın əldə olunması məqsədləri ilə istifadə etdikdə, yəni qeydiyyatdan keçmədikdə və ya hər hansı digər şəkildə bizə informasiya təqdim etmədikdə, biz yalnız Sizin brauzerinizin serverimizə ötürdüyü şəxsi məlumatları emal edirik. Siz veb-saytımızı nəzərdən keçirmək istədikdə, biz veb-saytımızın əks etdirilməsi və onun sabitliyinin və təhlükəsizliyinin təmin edilməsi üçün texniki baxımdan zəruri olan aşağıdakı məlumatları toplayırıq (hüquqi əsas: MMÜQ-ün 6-cı Maddəsinin 1-ci hissəsinin (f) bəndi): 

 

  • IP ünvanı 
  • Sayta daxil olduğunuz tarix və vaxt
  • Qrinviç üzrə orta vaxta (GMT) münasibətdə saat qurşaqlarının fərqi 
  • Sorğunun məzmunu (konkret sayt) 
  • Giriş imkanının statusu/HTTP statusunun kodu
  • Hər bir halda ötürülən məlumatların həcmi
  • Sorğunun edildiyi veb-sayt 
  • Brauzer 
  • Əməliyyat sistemi və onun interfeysi
  • Brauzerin dili və proqram təminatının versiyası

Məlumatlar YEDDİ GÜNLÜK saxlama müddətindən sonra avtomatik olaraq silinir.

 

“Kuki” (cookie) fayllardan istifadə

 

İstifadə etdiyimiz “kuki” fayllar barədə ətraflı məlumat veb-saytda aşağı hissədə yerləşən “kuki” parametrlərində qeyd olunub. Siz həmçinin istənilən zaman “kuki” parametrlərinə dəyişiklik edə bilərsiniz. 

 

“Kuki” faylların müəyyən kateqoriyası (Çox Zəruri “Kuki” fayllar) hər zaman işləkdir, çünki veb-saytın düzgün işləməsi üçün bu “kuki” fayllar tələb olunur. Hədəf və Fəaliyyət üzrə “kuki” fayllar isə söndürülə bilər. “Kuki” fayllar veb-saytımızı ziyarət edərkən brauzeriniz tərəfindən avtomatik olaraq yaradılan və Sizin cihazınızda (məsələn, noutbuk, planşet, smartfon) saxlanılan  kiçik mətn fayllarıdır. Xüsusi olaraq istifadə edilən cihazla əlaqədar əldə edilmiş informasiya “kuki” faylda saxlanılır. Bu o demək deyildir ki, biz Sizi birbaşa olaraq identifikasiya  edə  bilirik. “Kuki” fayllardan istifadə xidmətlərimizdən istifadənin Sizin üçün daha rahat olması üçün nəzərdə tutulmuşdur. Biz, məsələn, Sizin veb-saytımızın ayrı-ayrı səhifələrini artıq ziyarət etmiş olduğunuzu öyrənmək üçün sessiya “kuki” fayllarından istifadə edirik. Siz veb-saytımızı tərk etdikdən sonra bu “kuki” fayllar avtomatik olaraq silinirlər. 

 

İstifadəçilərin rahatlığı üçün biz müvəqqəti “kuki” fayllardan da istifadə edirik, bunlar müəyyən müddət ərzində Sizin cihazınızda saxlanılır. Siz xidmətlərimizdən istifadə etmək üçün veb-saytımıza təkrar daxil olduqda, sistem veb-saytımızı artıq ziyarət etmiş olduğunuzu, habelə daxil etmiş olduğunuz sorğuları və seçmiş olduğunuz parametrləri tanıyır, nəticədə məlumatı yenidən daxil etməyə ehtiyac qalmır.

Veb-saytın fəaliyyəti üçün “kuki” fayllar vacib olduğundan Siz Çox Zəruri “Kuki” fayllardan imtina edə bilməzsiniz. Biz şəxsi məlumatları emal edərkən müqavilə üzrə xidmətlərin göstərilməsi ilə bağlı MMÜQ-ün 6-cı Maddəsinin 1-ci hissəsinin (b) bəndinə əsaslanırıq. 

 

[SEÇİM ƏSASINDA: Google (Universal) Analytics, Google DoubleClick və ya Google Adwords İSTİFADƏ OLUNDUĞU HALDA, AŞAĞIDAKI BÖLMƏ DAXİL EDİLMƏLİDİR.] 

 

Bundan əlavə, Sizin razılığınız ilə (MMÜQ-ün 6-cı Maddəsinin 1-ci hissəsinin (a) bəndi və Azərbaycan Respublikasının “Fərdi Məlumatlar” haqqında Qanununun 9.1.6-cı bəndi (“Fərdi Məlumatlar haqqında Qanun”))  biz əsas və kənar “kuki” fayllarından Sizə təqdim etdiyimiz xidmətlərin optimallaşdırılması məqsədi ilə veb-saytımızın ziyarətlərinin statistik uçotunun və təhlilinin aparılması və xüsusi olaraq, Sizin üçün nəzərdə tutulmuş informasiyanın əks etdirilməsi üçün istifadə edirik. Bu “kuki” fayllar veb-saytımızı artıq ziyarət etmiş olan istifadəçilərin veb-saytımıza təkrar daxil olduqlarını tanımağımıza imkan verir. Müəyyən müddətdən sonra bu “kuki” fayllar avtomatik olaraq silinirlər. 

Siz hər hansı maneə olmadan və təsiri gələcəyə şamil edilməklə istənilən zaman razılığınızı geri götürə bilərsiniz. Bunun üçün “kuki” faylların parametrlərini dəyişməyiniz xahiş olunur. 

Brauzerlərin əksəriyyəti “kuki” faylları avtomatik olaraq qəbul edirlər. Siz öz brauzerinizin parametrlərini elə nizamlaya bilərsiniz ki, cihazınızda heç bir “kuki” fayl saxlanılmasın və ya hər dəfə yeni bir “kuki” fayl quraşdırılmazdan əvvəl Sizə xəbərdarlıq göndərilsin. Lakin cihazınız “kuki” faylları qəbul etməzsə, Siz veb-saytımızın bütün funksiyalarından tam həcmdə istifadə edə bilməyəcəksiniz.

 

Əlaqənin yaradılması müddətində məlumatların emalı

 

Siz bizim əlaqə formamızdan istifadə etməklə və aşağıdakı məlumatları təqdim etməklə məhsullarımız və xidmətlərimiz haqqında bizə suallar verə bilərsiniz: müraciət formanız, adınız, soyadınız, elmi rütbəniz, vəzifəniz, işlədiyiniz şirkət, ölkəniz, telefon nömrəniz, faks nömrəniz, mesajınız və e-poçt ünvanınız]. Əlaqə formasından istifadə tələb olunmur.

 

Siz bizimlə elektron-poçt, telefon və ya adi poçt vasitəsilə əlaqə yaratdıqda, suallarınızı cavablandıra bilmək üçün Sizin bizə təqdim etdiyiniz informasiyanı (məsələn, Sizin elektron-poçt ünvanınızı, ola bilsin, Sizin adınızı, soyadınızı və telefon nömrənizi və/və ya ünvanınızı) saxlayırıq (hüquqi əsas: Fərdi Məlumatlar haqqında Qanunun 8-1-ci maddəsi).  

 

Sizinlə əlaqə saxlamaq üçün bizə təqdim etdiyiniz informasiyanı saxlayırıq (hüquqi əsas: MMÜQ-ün 6-cı Maddəsinin 1-ci hissəsinin (f) bəndi və Fərdi Məlumatlar haqqında Qanunun 8.1-ci maddəsi).
Əgər Siz bizə dərman vasitələrimizin mümkün əlavə təsirləri ilə əlaqədar informasiyanı təqdim edirsinizsə, qanuna uyğun olaraq, biz bu informasiyanı saxlamağa və emal etməyə borcluyuq (hüquqi əsas: MMÜQ-ün 9-cu Maddəsinin 2-ci hissəsinin (i) bəndi və Fərdi Məlumatlar Qanunun 8.1 və 9.6.2-ci maddələri).

 

Biz bu kontekstdə əldə edilmiş məlumatları onların saxlanmasına artıq ehtiyac olmadıqda silirik, yaxud məlumatların saxlanması üzrə qanunla təyin edilmiş öhdəliklər olduqda, onların emalını məhdudlaşdırırıq.

 

Saytımızda qeydiyyat 

 

Bu veb-saytda təqdim etdiyimiz informasiyanın bir hissəsi yalnız qapalı istifadəçi qruplarına açıq olduğundan, veb-saytımızın bu kontentinə giriş imkanı əldə etmək üçün Siz qeydiyyatdan keçməli və hesaba daxil olmalısınız. Qeydiyyatdan keçmək üçün aşağıdakı məlumatları təqdim etməyiniz tələb olunur: e-poçt ünvanınız və parol. 

 

Elektron poçt ünvanınızın düzgünlüyünə əmin olmaq üçün biz ikimərhələli təsdiqləmə prosedurundan istifadə edirik. Siz sistemə giriş xanasında e-poçt ünvanınızı daxil etdikdən sonra biz Sizə təsdiq linkini göndəririk. Siz bu təsdiq linkinə keçid almadan qeydiyyatınız bitmiş hesab edilmir.

 

Məlumatlarınızın emalı üçün hüquqi əsas MMÜQ-ün 6-cı Maddəsinin 1-ci hissəsinin (f) bəndidir. Biz sizin məlumatlarınızı, onların sistemə girişin təmin edilməsi üçün zəruri olduqları müddətədək saxlayırıq. Əgər Siz istifadəçi qrupunu tərk edirsinizsə, biz Sizin məlumatlarınızı, qanunla və ya müqavilə ilə onları saxlamağa məcbur olduğumuz hallar istisna olmaqla, silirik.

 

DocCheck vasitəsilə qeydiyyat

 

Saytımızın bəzi sahələrinə giriş həkimlər və əczaçılar üçün nəzərdə tutulmuşdur. Biz həmin istifadəçiləri identifikasiya etmək üçün Vogelsanger Straße 66, 50823 Cologne, Almaniya ünvanında yerləşən DocCheck Medical Services GmbH (DocCheck)  tərəfindən təqdim edilən “DocCheck” plaqinindən istifadə edirik. Bu məqsədlə Siz, DocCheck-in xidmətləri üçün qeydiyyatdan keçməyə dair DocCheck-lə ayrıca saziş imzalamalısınız. Daxil etdiyiniz məlumatlar Sizin sistemə daxil olmağınızın identifikasiyası və təsdiqlənməsi məqsədi ilə yalnız DocCheck-ə göndəriləcəkdir. Bizim bu məlumatlara giriş imkanımız yoxdur.

 

DocCheck plaqinindən istifadə edərkən biz “iki dəfə klikləmə” adlandırılan metoddan istifadə edirik: Siz veb-saytımıza daxil olduğunuz zaman plaqinlər veb-sayta tam inteqrasiya edilmiş olmurlar. Bu, sosial şəbəkə provayderi ilə bağlantının yalnız Siz plaqin simgəsinə kliklədikdən sonra yaranmasını təmin edir. Bağlantı yaradıldıqdan sonra biz provayder tərəfindən toplanan və emal edilən məlumatların növünə və həcminə təsir edə bilmirik; bu barədə daha ətraflı məlumat əldə etmək üçün müvafiq provayderin məxfilik haqqında bəyanatlarında istinad edə bilərsiniz.   

 

Plaqin provayderi tərəfindən məlumatların toplanmasının və emal edilməsinin məqsədi və məlumatların həcmi barədə daha ətraflı məlumatı bu provayderlərin aşağıda göstərilmiş məxfilik haqqında bəyanatlarında əldə etmək mümkündür. Məxfilik haqqında bəyanatlarda Siz həmçinin, aidiyyəti hüquqlarınız və məxfiliyinizin qorunması ilə bağlı parametrlərin opsiyaları barədə ətraflı məlumat əldə edə bilərsiniz:  https://more.doccheck.com/de/privacy    

 

DocCheck plaqinindən istifadə edildikdə, DocCheck veb-saytı ilə bağlantı yaradılır. Biz, Sizin DocCheck vasitəsilə sistemə daxil olmanız və Sizin üçün nəzərdə tutulmuş sahələrə giriş imkanı əldə edə bilməniz məqsədi ilə DocCheck ilə bağlantının yaradılması üçün zəruri olan məlumatları emal edirik (hüquqi əsas MMÜQ-ün 6-cı Maddəsinin 1-ci hissəsinin (f) bəndidir). 

 

Tədbirlər üçün qeydiyyat

 

Əgər Siz veb-saytımızda hər hansı tədbir üçün qeydiyyatdan keçmisinizsə, biz bu tədbiri təşkil etmək üçün Sizin qeydiyyat zamanı təqdim etdiyiniz məlumatlardan istifadə edirik. Qeydiyyat zamanı tələb olunan məcburi məlumatlar tam şəkildə təqdim edilməlidir. Əks halda, tədbir üçün qeydiyyat mümkün olmayacaq. Tədbirin keçirilməsi və Sizin iştirak etməyiniz ilə bağlı məlumatların emalı üçün hüquqi əsas MMÜQ-ün 6-cı Maddəsinin 1-ci hissəsinin (b) bəndi və Fərdi Məlumatlar haqqında Qanunun 8.1 və 9.1.6-cı maddələridir. 

 

Biz Sizin məlumatlarınızı yalnız tədbirin keçirilməsi üçün zəruri olduğu müddətdə və məlumatların saxlanması üçün qanunla müəyyən edilmiş müddətlərdə saxlayırıq.

 

[SEÇİM ƏSASINDA: ƏGƏR İŞTİRAKÇILARIN MƏLUMATLARI ÜÇÜNCÜ TƏRƏFLƏRƏ ÖTÜRÜLƏRSƏ: AŞAĞIDAKI ABZASIN DAXİL EDİLMƏSİ VƏ MÖTƏRİZƏDƏ İSTİFADƏ EDİLƏN XİDMƏT TƏMİNATÇILARININ SEÇİLMƏSİ VƏ ƏLAVƏ EDİLMƏSİ]

 

Biz tədbirin təşkili çərçivəsində xidmətlərimizin göstərilməsində bizə dəstək göstərən xidmət təminatçıları (turizm agentliyi, hotel, mətbəələr, daşıma xidməti təminatçısı, ödəmə xidməti təminatçısı) ilə əməkdaşlıq edirik. Sizin məlumatlarınız yalnız xidmət təminatçısı tərəfindən müvafiq xidmətin emalı üçün zəruri olduğu halda, göndərilə bilər.]  

 

Broşürlərin /materialların sifarişi

 

Bu veb-sayt vasitəsilə broşürlər və ya digər çap məhsulları/materialları sifariş etdiyiniz halda, biz müqavilədən əvvəlki vəzifələrimizi yerinə yetirmək və müqaviləni icra etmək (sifariş olunmuş materialların təmin edilməsi) məqsədilə sifariş formasında əks olunan şəxsi məlumatlarınızdan istifadə edəcəyik. Bunun üçün hüquqi əsas MMÜQ-ün 6-cı Maddəsinin 1-ci hissəsinin (b) bəndi və Fərdi Məlumatlar haqqında Qanunun 8.1-ci maddəsidir.

 

Biz Sizin məlumatlarınızı yalnız sifarişin emal edilməsi və məlumatların saxlanması üçün qanunla müəyyən edilmiş müddətlərdə saxlayırıq.

 

[SEÇİM ƏSASINDA: ƏGƏR MÜŞTƏRİNİN MƏLUMATLARI ÜÇÜNCÜ TƏRƏFLƏRƏ ÖTÜRÜLƏRSƏ: AŞAĞIDAKI ABZASIN DAXİL EDİLMƏSİ VƏ MÖTƏRİZƏDƏ İSTİFADƏ EDİLƏN XİDMƏT TƏMİNATÇILARININ SEÇİLMƏSİ VƏ ƏLAVƏ EDİLMƏSİ]

 

Biz xidmətlərimizin göstərilməsində bizə dəstək göstərən xidmət təminatçıları ilə əməkdaşlıq edirik. Sizin məlumatlarınız yalnız xidmət təminatçısı tərəfindən sifarişinizin emalı üçün zəruri olduğu halda, göndərilə bilər.] 

 

Sosial media plaqinlərindən istifadə

 

Razılıq verdiyiniz halda, biz aşağıdakı sosial media plaqinlərindən istifadə edirik: 

•    Facebook, 
•    Twitter, 
•    Xing, 
•    LinkedIn

 

[İSTİFADƏ EDİLMİŞ PLAQİNİ SEÇİN.]

 

Plaqinlər vasitəsilə, Sizə sosial şəbəkələr və digər istifadəçilərlə qarşılıqlı fəaliyyətdə olmaq imkanı təqdim edirik. Bu, bizə öz təklifimizi daha da təkmilləşdirmək və onu bir istifadəçi olaraq Sizin üçün daha maraqlı etmək imkanı verir. Plaqinlərin istifadəsi üçün hüquqi əsas MMÜQ-ün 6-cı Maddəsinin 1-ci hissəsinin (a) bəndi (razılıq) və Fərdi Məlumatlar haqqında Qanunun 9.6.1-ci maddəsidir.

Sosial şəbəkə plaqinlərindən istifadə edərkən biz “iki dəfə klikləmə” adlandırılan metoddan istifadə edirik: Siz veb-saytımıza daxil olarkən plaqinlər veb-sayta tam inteqrasiya edilmiş olmurlar. Bu, ona zəmanət verir ki, sosial şəbəkə provayderi ilə bağlantı yalnız Siz plaqin simgəsinə kliklədikdən sonra yaradılır. Bağlantı yaradıldıqdan sonra, biz provayder tərəfindən toplanan və emal edilən məlumatların növünə və həcminə təsir edə bilmirik; bu barədə daha ətraflı məlumat əldə etmək üçün müvafiq provayderin məxfilik haqqında bəyanatlarına istinad edə bilərsiniz.

Plaqin provayderi tərəfindən məlumatların toplanmasının və emal edilməsinin məqsədi və məlumatların həcmi barədə daha ətraflı məlumatı bu provayderlərin aşağıda göstərilmiş məxfilik haqqında bəyanatlarında əldə etmək mümkündür. Məxfilik haqqında bəyanatlarda Siz həmçinin, aidiyyəti hüquqlarınız və məxfiliyinizin qorunması ilə bağlı parametrlərin opsiyaları barədə ətraflı məlumat əldə edə bilərsiniz:

 

[İSTİFADƏ EDİLMİŞ PLAQİNİ SEÇİN.]

 

Siz hər hansı maneə olmadan və təsiri gələcəyə şamil edilməklə istənilən zaman razılığınızı geri götürə bilərsiniz. Bunun üçün vebsaytda aşağı hissədə “kuki” faylların parametrlərini dəyişməyiniz xahiş olunur.

 

Google (Universal) Analytics 

 

Razılığınızın olduğu halda və müddətdə biz Google korporasiyası şirkəti (hüquqi ünvanı: ABŞ, Kaliforniya 94043, Maunteyn Vyu, Emfitiater Parkuey 1600) tərəfindən təqdim edilən  Google (Universal) Analytics veb-təhlil xidmətlərindən istifadə edirik.  Biz saytımızın işini təhlil etmək və müntəzəm olaraq təkmilləşdirmək üçün Google (Universal) Analytics tətbiqindən istifadə edirik. Statistik məlumatların əldə edilməsi bizə xidmətlərimizi təkmilləşdirməyə və onları istifadəçilərimiz üçün daha maraqlı etməyə imkan verir. Google (Universal) Analytics tətbiqinin xidmətlərindən istifadə üçün hüquqi əsas MMÜQ-ün 6-cı Maddəsinin 1-ci hissəsinin (a) bəndi və Fərdi Məlumatlar haqqında Qanunun 9.6.1-ci maddəsidir.  

Google (Universal) Analytics tətbiqi müəyyən metodlardan, məsələn, kompüterinizdə saxlanan mətn fayllarının – sizin veb-saytdan istifadənizi təhlil etməyə imkan verən “kuki” fayllarından istifadə edir. Sizin veb-saytdan istifadənizlə əlaqədar olan informasiya, bir qayda olaraq, ABŞ-da yerləşən Google serverinə ötürülür və orada saxlanılır. Lakin veb-saytda IP ünvan anonimləşdirildiyi halda, IP ünvanı Avropa İttifaqının üzv dövlətlərinə və ya Avropa İqtisadi Zonasına dair Konvensiyanı imzalamış digər ölkələrə ötürülməzdən əvvəl  qısaldılır. Yalnız müstəsna hallarda  IP ünvanı tam şəkildə ABŞ-dakı Google serverinə ötürülür və burada qısaldılır. 

 

Siz hər hansı maneə olmadan və təsiri gələcəyə şamil edilməklə istənilən zaman razılığınızı geri götürə bilərsiniz. Bunun üçün vebsaytda aşağı hissədə “kuki” faylların parametrlərini dəyişməyiniz xahiş olunur. 

Siz həmçinin, sizin veb-saytdan istifadənizlə əlaqədar olaraq “kuki” fayllar tərəfindən generasiya edilmiş məlumatların (Sizin IP ünvanınız da daxil olmaqla) toplanmasının və Google-a göndərilməsinin, habelə bu məlumatların Google tərəfindən emal edilməsinin qarşısını ala bilərsiniz, bunun üçün aşağıdakı keçid üzrə brauzer üçün plaqini yükləyin və quraşdırın: http://tools.google.com/dlpage/gaoptout?hl=en.

 

Google Tag Manager

 

Bu veb-saytda Google Tag Manager-dən istifadə olunur. Google Tag Manager öz veb-sayt teqlərini interfeys vasitəsilə idarə edən şirkətlər üçün  Google Inc. şirkətinin bir həllidir. The Google Tag Manager aləti “kuki” fayllardan istifadə etmir və şəxsi məlumatları toplamır. Alət, öz növbəsində məlumatları toplaya bilən digər     teqlərin işə salınmasını təmin edir. Google Tag Manager–in bu məlumatlara giriş imkanı yoxdur. Domen və ya “kuki” fayllar səviyyəsində deaktivasiya Google Tag Manager tərəfindən tətbiq edilən bütün izlənən teqlər üçün qüvvədə qalır.

 

Google DoubleClick

 

Razılığınızın olduğu halda və müddətdə biz Google DoubleClick-dən istifadə edirik. Google DoubleClick – Google Inc. şirkəti tərəfindən təqdim edilən bir xidmətdir. Google DoubleClick Sizin maraqlarınıza uyğun olan reklamlar nümayiş etdirmək üçün “kuki” fayllardan istifadə edir. Bunun üçün hüquqi əsas MMÜQ-ün 6-cı Maddəsinin 1-ci hissəsinin (a) bəndi və Fərdi Məlumatlar haqqında Qanunun 9.6.1-ci maddəsidir.  

Məsələn, “kuki” faylları hansı məhsullarımızın Sizin üçün daha maraqlı olduğunu göstərən məlumatları toplayır. Bu məlumatlar əsasında biz, Sizin əvvəlki davranışlarınıza əsasən müəyyən edilmiş maraqlarınıza uyğun olan təklifləri kənar veb-saytlarda da nümayiş etdirə bilərik. İstifadəçi davranışınıza dair informasiyanın toplanması və qiymətləndirilməsi tərəfimizdən anonim şəkildə həyata keçirilir və Sizi identifikasiya etməyimizə imkan yaratmır. Xüsusilə də, bu informasiya Sizin şəxsi məlumatlarınızla birləşdirilmir.

 

“Kuki” fayllar 30 gündən sonra avtomatik olaraq silinir.

 

Siz hər hansı maneə olmadan və təsiri gələcəyə şamil edilməklə istənilən zaman razılığınızı geri götürə bilərsiniz. Bunun üçün “kuki” faylların parametrlərini dəyişməyiniz xahiş olunur. 
Bundan əlavə, Siz maraqlarınıza uyğun reklamların nümayiş etdirilməsi ilə əlaqədar olan parametrləri Google elan parametrlərinin idarəedicisi vasitəsilə dəyişə bilərsiniz. Bu barədə informasiyanı aşağıdakı linkdə tapa bilərsiniz: https://www.google.com/settings/ads/onweb.

 

Siz reklam və Google ilə əlaqədar daha ətraflı məlumatları, eləcə də məlumatların məxfiliyinə dair müddəaları Google-un məlumatların məxfiliyi siyasətində və Google-un istifadə qaydalarında tapa bilərsiniz: http://www.google.com/policies/technologies/ads/.

 

Google AdWords 

 

Razılığınızın olduğu halda və müddətdə biz Google AdWords-dən və linklərə keçidlərin izlənməsindən konkret elanların, təkliflərin və funksiyaların effektivliyinin qiymətləndirilməsi üçün istifadə edirik. Bunun üçün, Siz Google elanına klikləyən kimi “kuki” faylı yaradılacaqdır. Bu “kuki” faylı şəxsi identifikasiya məqsədi daşımır. Bu daha çox “kuki” faylın qüvvədə olduğu 30 gün müddətində konkret təklifin verildiyi veb-sayta Sizin təkrarən daxil olub-olmadığınızı müəyyənləşdirə bilməyimiz üçün nəzərdə tutulmuşdur. 

Hər bir AdWords  müştərisi unikal “kuki” faylı əldə edir. Bu səbəbdən də, AdWords müştəriləri “kuki” faylları veb-sayt vasitəsilə izləyə bilmirlər. Keçid “kuki” faylı vasitəsilə əldə edilən informasiya, keçidlərin izlənməsini seçmiş AdWords müştəriləri üçün keçidlərin statistikasının tərtib edilməsi məqsədilə nəzərdə tutulmuşdur. Biz elanı klikləyən və  keçidin izlənməsi teqi vasitəsilə veb-sayta yönəldilən istifadəçilərin ümumi sayını öyrənirik.  

 

Siz brauzerinizin proqram təminatının parametrlərini dəyişməklə Google keçid “kuki” fayllarının saxlanmasını birdəfəlik ləğv edə bilərsiniz.

 

Məlumatlarınızın emalı üçün hüquqi əsas MMÜQ-ün 6-cı Maddəsinin 1-ci hissəsinin (a) bəndi (razılıq) və Fərdi Məlumatlar haqqında Qanunun 9.6.1-ci maddəsidir.

 

Siz hər hansı maneə olmadan və təsiri gələcəyə şamil edilməklə istənilən zaman razılığınızı geri götürə bilərsiniz. Bunun üçün vebsaytda aşağı hissədə “kuki” faylların parametrlərini dəyişməyiniz xahiş olunur.

Google-da məlumatların mühafizəsinə dair daha ətraflı məlumat əldə etmək üçün, lütfən, bu keçidləri klikləyin: https://policies.google.com/privacy?hl=enhttps://services.google.com/sitestats/en.html. Alternativ qismində Siz İnternet şəbəkəsində  Reklam Təşəbbüsü (NAI) veb-saytını  aşağıdakı ünvanda ziyarət edə bilərsiniz: http://www.networkadvertising.org.  

 

Google Maps

 

Razılığınızın olduğu halda və müddətdə biz bu veb-saytda Google Maps tərəfindən təklif edilən xidmətlərdən istifadə edirik. Bu, interaktiv xəritələri bilavasitə veb-saytda Sizə təqdim etməyə imkan yaradır və Sizin xəritə funksiyalarına giriş imkanınızı təmin edir. Bunun üçün hüquqi əsas MMÜQ-ün 6-cı Maddəsinin 1-ci hissəsinin (a) bəndi (razılıq) və Fərdi Məlumatlar haqqında Qanunun 9.6.1-ci maddəsidir.  

Google Maps funksiyalarından istifadə edə bilmək üçün IP ünvanınızın yadda saxlanması zəruridir. Siz veb-sayta daxil olarkən Google, veb-saytımızın müvafiq alt səhifəsini sorğulamanız barədə informasiyanı qəbul edir. Bu, sistemə daxil olduğunuz istifadəçi hesabının Google tərəfindən təmin edilib-edilməməsindən və ya ümumiyyətlə istifadəçi hesabının olub-olmamasından asılı olmayaraq baş verir. Əgər Siz sistemə Google vasitəsilə daxil olmusunuzsa, məlumatlar birbaşa Sizin istifadəçi hesabınızla əlaqələndiriləcəkdir. Əgər məlumatların Sizin Google profilinizlə əlaqələndirilməsini istəmirsinizsə,  düyməni aktivləşdirməzdən əvvəl sistemdən çıxmalısınız. Google Sizin məlumatlarınızı istifadəçi profili qismində saxlayır və onlardan reklam məqsədləri ilə, bazar tədqiqatlarında və / və ya öz saytının tələb üzrə dizaynı üçün istifadə edir. Sizin bu cür istifadəçi profilinin yaradılmasına qarşı etiraz etmək hüququnuz vardır; bu hüququ həyata keçirmək üçün öz etirazınızla bilavasitə Google-a müraciət etməlisiniz.

 

Google tərəfindən toplanan və emal edilən məlumatların məqsədi və həcminə dair daha ətraflı məlumatı provayderin məlumatların məxfiliyinə dair xəbərdarlıq qeydlərində tapmaq mümkündür. Bu xəbərdarlıq qeydlərində Siz həmçinin, bu baxımdan öz hüquqlarınız və məxfiliyinizin qorunması üçün parametrlərin opsiyaları barədə ətraflı məlumat əldə edə bilərsiniz: https://policies.google.com/privacy?hl=en

Siz hər hansı maneə olmadan və təsiri gələcəyə şamil edilməklə istənilən zaman razılığınızı geri götürə bilərsiniz. Bunun üçün “kuki” faylların parametrlərini dəyişməyiniz xahiş olunur. 

 

YouTube plaqinlərindən istifadə  

 

Razılığınızın olduğu halda və müddətdə biz videoçarxları Sizə nümayiş etdirə bilmək üçün digərləri ilə yanaşı, You Tube provayderindən də istifadə edirik. YouTube,  baş qərargahı 901 Cherry Avenue, San Bruno, CA 94066, ABŞ-da yerləşən YouTube MMC tərəfindən idarə olunur. YouTube Google Inc. şirkəti tərəfindən təqdim edilir. YouTube plaqinlərinin istifadəsi üçün hüquqi əsas MMÜQ-ün 6-cı Maddəsinin 1-ci hissəsinin (a) bəndi və Fərdi Məlumatlar haqqında Qanunun 9.6.1-ci maddəsidir. 
Biz saytımızda YouTube provayderinin plaqinlərindən istifadə edirik. Siz bu plaqini sorğuladıqda, YouTube serverləri ilə bağlantı yaradılır və plaqin nümayiş etdirilir. Bu, veb-saytımızı ziyarət etməyiniz barədə YouTube serverinə məlumat verir. Əgər Siz sistemə YouTube istifadəçisi kimi daxil olmusunuzsa, YouTube bu informasiyanı Sizin şəxsi istifadəçi hesabınızla əlaqələndirəcəkdir. Plaqin,  məsələn, videoçarxın start düyməsini klikləməklə istifadə edildikdə, bu informasiya da həmçinin Sizin istifadəçi hesabınızla əlaqələndirilir. Siz, veb-saytdan istifadə etməzdən əvvəl YouTube istifadəçi hesabınızdan və YouTube MMC və Google Inc. şirkətlərinin digər istifadəçi hesablarından çıxmaqla və bu şirkətlərin müvafiq “kuki” fayllarını silməklə, informasiyanın hesabınızla bu cür əlaqələndirilməsinin qarşısını ala bilərsiniz.

 

Siz YouTube (Google)-da məlumatların emalı və məlumatların mühafizəsi barədə xəbərdarlıq qeydlərinə dair əlavə informasiyanı bu linkdə tapa bilərsiniz: https://policies.google.com/privacy?hl=en.

Siz hər hansı maneə olmadan və təsiri gələcəyə şamil edilməklə istənilən zaman razılığınızı geri götürə bilərsiniz. Bunun üçün “kuki” faylların parametrlərini dəyişməyiniz xahiş olunur.   

 

Vimeo plaqinlərindən istifadə

 

Razılığınızın olduğu halda və müddətdə biz videoçarxları Sizə nümayiş etdirə bilmək üçün digərləri ilə yanaşı, Vimeo provayderindən də istifadə edirik. Vimeo baş qərargahı 555 West 18th Street, Nyu-York, Nyu-York 10011, ABŞ ünvanında yerləşən Vimeo MMC tərəfindən idarə edilir. Vimeo plaqinlərinin istifadəsi üçün hüquqi əsas MMÜQ-ün 6-cı Maddəsinin 1-ci hissəsinin (a) bəndi və Fərdi Məlumatlar haqqında Qanunun 9.6.1-ci maddəsidir.  

 

Biz veb-saytımızda Vimeo provayderinin plaqinlərindən istifadə edirik. Siz bu plaqini sorğuladıqda Vimeo serverləri ilə bağlantı yaradılır və plaqin nümayiş etdirilir. Bu, veb-saytımızı ziyarət etməyiniz barədə Vimeo serverinə məlumat verir. Əgər Siz sistemə Vimeo istifadəçisi kimi daxil olmusunuzsa, Vimeo bu informasiyanı Sizin şəxsi istifadəçi hesabınızla əlaqələndirəcəkdir. Plaqin, məsələn, videoçarxın start düyməsini klikləməklə istifadə edildikdə, bu informasiya da həmçinin Sizin istifadəçi hesabınızla əlaqələndirilir. Siz, veb-saytdan istifadə etməzdən əvvəl Vimeo istifadəçi hesabınızdan çıxmaqla və müvafiq “kuki” fayllarını silməklə, informasiyanın hesabınızla bu cür əlaqələndirilməsinin qarşısını ala bilərsiniz.

 

Siz Vimeo tərəfindən məlumatların emalı və məlumatların mühafizəsi barədə xəbərdarlıq qeydlərinə dair əlavə informasiyanı bu linkdə tapa bilərsiniz: https://vimeo.com/privacy

 

Siz hər hansı maneə olmadan və təsiri gələcəyə şamil edilməklə istənilən zaman razılığınızı geri götürə bilərsiniz. Bunun üçün “kuki” faylların parametrlərini dəyişməyiniz xahiş olunur.

 

İnformasiya bülleteni  

 

Veb-saytımızda Sizə  informasiya bülletenimizə abunə olmaq imkanı təklif edirik. Elektron poçt ünvanının düzgünlüyünü yoxlamaq üçün biz ikimərhələli təsdiqləmə prosedurundan istifadə edirik: Siz sistemə giriş xanasında e-poçt ünvanınızı daxil etdikdən sonra, biz Sizə təsdiq linkini göndəririk. Siz bu təsdiq linkinə keçid almadan elektron-poçt ünvanınız bizim abunəçilər siyahımıza əlavə edilmir.

 

İnformasiya bülleteninin göndərilməsi üçün yeganə mütləq məlumat Sizin elektron-poçt ünvanınızdır. [ƏLAVƏ MƏLUMAT SEÇİMLƏDİR] Əlavə, ayrıca qeyd edilmiş informasiya seçim əsasında daxil edilir və Sizə fərdi yanaşma üçün istifadə olunacaq. 

 

Siz təsdiqlədikdən sonra, informasiya bülleteninin Sizə göndərilməsi məqsədi ilə elektron poçt ünvanınızı saxlayacağıq. Hüquqi əsas: MMÜQ-ün 6-cı Maddəsinin 1-ci hissəsinin (a) bəndi və Fərdi Məlumatlar haqqında Qanunun 8.1 və 9.6.1-ci maddələridir. 

 

Siz informasiya bülleteni almaq üzrə razılığınızı istənilən zaman geri götürə və məktublara abunəliyinizi ləğv edə bilərsiniz. Siz informasiya bülleteninin göndərildiyi hər bir elektron məktubda olan linki klikləməklə və ya Təhlükəsizlik Siyasətində göstərilmiş əlaqə məlumatları üzrə məktub göndərməklə razılığınızı geri götürdüyünüzü bəyan edə bilərsiniz.

 

Şəxsi məlumatların qəbul ediciləri və məlumatların üçüncü ölkələrə ötürülməsi

 

Əlavə reaksiyalar/Mənfi hadisələr

 

Məhsullarımızdan hər hansı birinə qarşı əlavə reaksiyaların mümkün başvermə halları barədə xəbərdar olduqda, biz qanuna uyğun olaraq, müvafiq informasiyanı, o cümlədən şəxsi informasiyanı sənədləşdirməyə və onu dünyanın müxtəlif ölkələrinin hökumətlərinə təqdim etməyə və zərurət olduqda vəziyyətin sonrakı qiymətləndirilməsi üçün hesabatı təqdim edən tərəflərlə əlaqə saxlamağa borcluyuq.

 

Hüquqlara əməl edilməsinin təmin olunması

 

Hüquqlarımıza əməl edilməsinin təmin olunması və ya hüquqlarımızın, yaxud üçüncü tərəflərin hüquqlarının qorunması üçün biz məlumatları müvafiq hüquqların sahiblərinə, məsləhətçilərə və hakimiyyət orqanlarına ötürə bilərik.

 

Məlumatların emalı üzrə xidmətlərin xarici təchizatçıları: 

 

Biz, xidmətlərimizin göstərilməsində bizə dəstək olan xidmət təchizatçıları ilə əməkdaşlıq edirik. Bu xidmət təchizatçıları müstəsna olaraq bu “Məxfilik siyasəti”ndə təsvir edilmiş məqsədlər üçün Sizin məlumatlarınızı bizim adımızdan, təlimatlarımıza uyğun olaraq və bizim nəzarətimiz altında emal edirlər. [SEÇİMƏSASINDA]  Bu xidmət təchizatçıları Avropa İttifaqının və Azərbaycan Respublikasının hüdudlarından kənarda da yerləşə bilərlər. Biz, Sizin təqdim etdiyiniz  məlumatların Avropa İttifaqının məlumatların mühafizəsinə dair qanunvericiliyinin və Azərbaycan Respublikasının fərdi məlumatların qorunması sahəsində qanunvericiliyinin tələblərinə uyğun olaraq lazımi qaydada mühafizəsinin təmin edilməsi üçün bütün zəruri tədbirləri görəcəyik. 

 

Zəruri hallarda, biz məlumatların hüquqi baxımdan düzgün mühafizəsini təmin etmək üçün Aİ üzrə standart müqavilə müddəalarından istifadə edirik. 

 

Məlumatların təhlükəsizliyi

 

Biz Sizin şəxsi məlumatlarınızı qeyri-düzgün istifadəyə, itirilməyə, məhv olmaya və üçüncü şəxslər tərəfindən icazəsiz girişə qarşı mühafizə etmək üçün  texniki və təşkilati tədbirlərdən istifadə edirik. Bizim təhlükəsizlik tədbirlərimiz müasir texniki inkişaf səviyyəsinə uyğundur.

 

Sizin hüquqlarınız və əlaqə məlumatları

 

Ümumi hüquqlar

 

Şəxsi məlumat subyekti olaraq təklif edilən müxtəlif hüquqlar barədə Sizə məlumat vermək istərdik (MMÜQ-ün 4-cü Maddəsinin 1-ci hissəsi № 1 və Fərdi Məlumatlar haqqında Qanunun 7-ci maddəsi). Öz hüquqlarınız barədə daha ətraflı məlumatı MMÜQ-ün 15-21-ci maddələrindən, Məlumatların Qorunması haqqında Federal Qanunun 32-37-ci maddələrindən və Fərdi Məlumatlar haqqında Qanunun 7-14-cü maddələrindən əldə edə bilərsiniz.   

 

Hüquqlarınızdan istifadə etmək üçün məlumatların mühafizəsi üzrə əməkdaşımızla əlaqə yarada bilərsiniz. Onunla əlaqə üçün məlumatlar bu Məxfilik Siyasətindən ən yuxarı hissədə qeyd olunub. 

 

Əldə etmək hüququ

 

Siz barənizdə hansı şəxsi məlumatları topladığımız və emal etdiyimizə dair məlumat tələb etmək hüququna maliksiniz. Buraya müvafiq məlumatların istifadə olunduğu məqsədlər və bu məlumatların saxlanacağı müddət haqqında məlumatlar, o cümlədən məlumat resipiyentləri və ya resipiyent kateqoriyaları haqqında məlumatlar, Fərdi Məlumatlar haqqında Qanun və MMÜQ ilə müəyyən edilmiş digər məlumatlar aiddir. Bundan əlavə, emal olunan şəxsi məlumatların nüsxəsini əldə etmək hüququnuz var.

 

Düzəliş etmək hüququ

 

Dəqiq olmayan və ya artıq düzgün olmayan şəxsi məlumatlara düzəliş etmək hüququnuz var. Siz həmçinin natamam şəxsi məlumatlarınızı tamamlamaq hüququna maliksiniz. Biz qanunla tələb edildiyi halda, sizin şəxsi məlumatlarınıza edilən düzəlişləri üçüncü tərəflərə göndəririk. 

 

Şəxsi məlumatları silmək hüququ ("Unudulmaq hüququ")

 

Aşağıdakı hallardan biri baş verdikdə, Siz şəxsi məlumatlarınızın bizim sistemimizdən silinməsini tələb edə bilərsiniz: 

 

  • Sizin şəxsi məlumatlarınıza artıq onların toplandığı və ya emal edildiyi məqsədlər üçün ehtiyac olmadıqda, yaxud müvafiq məqsədə nail olunduqda;
  •  Razılığınızı geri götürdükdə və emal üçün hər hansı digər hüquqi əsas olmadıqda;
  •  Məlumatların emal olunmasına etiraz etdiyiniz halda və emal üçün hər hansı digər hüquqi əsas olmadıqda; şəxsi məlumatlar birbaşa marketinq məqsədləri üçün emal olunduqda, sizin etirazınız məlumatların emalını dayandırmaq üçün kifayətdir;
  •  Sizin şəxsi məlumatlarınız qanunsuz şəkildə emal edilmiş olduqda; 
  •  Sizin şəxsi məlumatlarınız Avropa İttifaqının və ya Üzv Dövlətin qanunvericiliyində və ya Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş hüquqi öhdəliyə uyğun qaydada silinməlidir;

Nəzərə alın ki, şəxsi məlumatları silmək hüququnuz qanunla məhdudlaşdırıla bilər. Hüquqi məhdudiyyətlərə MMÜQ-ün 17-ci maddəsinin 3-cü hissəsi, Məlumatların Qorunması haqqında Federal Qanunun 35-ci maddəsi və Fərdi Məlumatlar haqqında Qanunun 7.1.5 və 8.1 maddələri aiddir, lakin bunlarla məhdudlaşmır. 

 

Məlumatların emalını məhdudlaşdırmaq hüququ

 

Aşağıdakı hallardan biri baş verdikdə siz məlumatların emalını məhdudlaşdırmağı bizdən tələb edə bilərsiniz:

 

  • Bizə şəxsi məlumatların düzgünlüyünü yoxlamağa imkan verən bir müddət ərzində şəxsi məlumatlarınızın düzgünlüyünə etiraz etdiyiniz halda; 
  • Məlumatların emalı qanunsuz olduqda və şəxsi məlumatların silinməsi ilə razılaşmadığınız və əvəzində emalını məhdudlaşdırmağı tələb etdiyiniz halda;
  • Şəxsi məlumatlara artıq emal məqsədilə ehtiyacımız olmadıqda, lakin Siz məhkəmə iddialarının qaldırılması, icrası və ya müdafiəsi üçün şəxsi məlumatları tələb etdikdə; yaxud
  • Siz məlumatların emalına etiraz etdikdə, lakin bizim hüquqi əsaslarımızın Sizin irəli sürdüyünüz əsaslardan üstün olub-olmaması hələ təsdiqlənmədikdə;

Biz məlumatların emalı ilə bağlı məhdudiyyəti qaldırmazdan əvvəl yuxarıda sadalanan əsaslara uyğun olaraq, şəxsi məlumatların emalının məhdudlaşdırılması ilə bağlı Sizə məlumat verəcəyik. 

 

Razılığın geri götürülməsi 

 

Siz təsiri gələcəyə şamil edilməklə razılığınızı istənilən zaman geri götürmək hüququna maliksiniz. Razılığınızı geri götürərkən bildiriş göndərilməsi ilə bağlı hər hansı rəsmi tələblərə əməl etmək zəruri deyil. Siz sadəcə yuxarıda qeyd olunan əlaqə ünvanlarına qeyri-rəsmi bildiriş göndərə bilərsiniz. Bu, həmçinin MMÜQ qüvvəyə minməzdən əvvəl (25 may 2018-ci il tarixindən əvvəl) verilmiş razılığa da şamil olunur. Razılığın geri alınmasının bundan əvvəl şəxsi məlumatların emalının qanuna uyğun olub-olmamasına hər hansı təsiri yoxdur. 

 

Məlumatların daşınması hüququ

 

Sizin özünüzə aid olan və təqdim etdiyiniz şəxsi məlumatları sistemli, adi və maşın tərəfindən oxunulan variantda əldə etmək və belə məlumatları üçüncü tərəflərə ötürmək hüququnuz vardır. Təfərrüatlar üçün Fərdi Məlumatlar haqqında Qanunun 7-ci maddəsinə baxa bilərsiniz. Məlumatların daşınması üzrə hüququnuzdan istifadə məlumatları silmək hüququnuza hər hansı şəkildə təsir etmir. 

 

Nəzarət Orqanı və məhkəmələrə Şikayət təqdim etmək hüququ

 

Bizim tərəfimizdən şəxsi məlumatların emalı zamanı məlumatların qorunması ilə bağlı tətbiq olunan qanunvericilik tələblərinin pozulduğunu düşünürsünüzsə, səlahiyyətli nəzarət orqanına, xüsusilə Berlindəki məlumatların mühafizəsi və informasiya azadlığı üzrə müvəkkilə və ya yaşadığınız və ya işlədiyiniz və ya məlumatların qorunması ilə bağlı tələblərin pozulduğu ehtimal edilən Üzv Dövlətdəki nəzarət orqanına (Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi), yaxud müvafiq məhkəməyə şikayət təqdim etmək hüququnuz vardır.  

 

Etiraz etmək hüququ

 

MMÜQ-ün 21-ci maddəsinə və Fərdi Məlumatlar haqqında Qanunun 7.2-ci maddəsinə uyğun olaraq, Siz qanunla tələb edilən hallar istisna olmaqla istənilən zaman və hər hansı əsaslandırma olmadan Sizə aid şəxsi məlumatların emalına etiraz edə bilərsiniz.

Siz xüsusilə birbaşa marketinq məqsədilə şəxsi məlumatlarınızın emalına etiraz etmək hüququna maliksiniz. Marketinq məqsədilə bizim tərəfimizdən şəxsi məlumatlarınızın emal olunmasına etiraz etdiyiniz halda, biz bu məqsədlə Sizin şəxsi məlumatlarınızdan istifadəni dayandıracağıq. 

 

Son yenilənmə tarixi: oktyabr 2021-ci il